Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizin fəaliyyəinə dair Yol Xəritəsi imzalayacaq
Azərbaycan, Türkiyə və Qazaxıstan torpaqlarından keçən Orta Dəhlizin inkişaf etdirilməsi və fəaliyyətə başlaması üçün “2022-2027 Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sabah Aktau şəhərində keçiriləcək Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşünə dair yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bu, ilk iclasda qəbul edilən Bakı Bəyannaməsinə uyğun olaraq imzalanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=185694