Azərbaycanlılar Madriddə erməni ekoterroruna etiraz ediblər – FOTO

01.01.2023 - 16:33

İspaniyanın paytaxtı Madriddəki Kolumb meydanında (Plaza de Colon) Ermənistan və erməni separatçıları tərəfindən Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, İspaniya Azərbaycanlıları Assosiasiyasının üzvü Məhəmmədəli Əkbərovun təşkilatçılığı ilə baş tutan aksiya zamanı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan və erməni separatçıları tərəfindən qanunsuz fəaliyyətinə dərhal son qoyulması tələb edilib.

“Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son!”, “Azərbaycan sərvətlərinin talan olunmasına son! “Ermənistanın ekosidini dayandırın!” şüarlarının əks olunduğu plakatları nümayiş etdirən soydaşlarımız Şuşa-Xankəndi yolunda ermənilərin ekoloji terroruna son qoyulması tələbi ilə fasiləsiz aksiyalar keçirən azərbaycanlı ekofəallar, qeyri-hökumət təşkilatları nümayəndələri və könüllülərlə həmrəy olduqlarını bəyan ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=186754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031