Əliyevdən tapşırıq: FHN xilasediciləri Türkiyədə – Video
Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş verən zəlzələ barədə açıqlama verib.
FHN-dən Cumhuriyyet.az-a bildirib ki, bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.
Bu barədə FHN-dən məlumat verilib.
Hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=187588