Bakıda Türkiyə üçün bir gündə yığılan vəsait açıqlandı

07.02.2023 - 16:27

Xəbər verdiyimiz kimi, MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyası elan edib.

Cumhuriyyet.az-ın məlumatına görə, kampaniya günortadan sonra elan ediləb və axşama qədər kampaniyaya 370-dən çox şəxs qoşulub, 19 958,25 manat toplanıb.

Bu gün isə 2 720 manat məbləğində pul ianə edilib.

İanə ediənlər arasında tanınmış şəxslər, millət vəkilləri də var.

Kampaniya tam şəffaf aparılır və bütün məlumatlar ictimaiyyətə açıqdır.

Xatırladaq ki, Azərbaycan Qızıl Ayparasının Türkiyə üçün başlatdığı yardım kampaniyasına qoşulmaq istəyənlər  bu linkdən istifadə edə bilərlər:

– Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən yararlanmaq olar.

– SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

– Elektron pul kisəsi vasitəsi ilə “hesab.az” saytından ianə etmək mümkündür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187650

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031