Hərbçilərimiz arasında daha bir yarış başladı
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilir.
Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən yarışda əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra birincilikdə iştirak edən komandaların püşkatma mərasimi keçirilib. Hərbi qulluqçulara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Fevralın 17-dək davam edəcək birincilikdə birdən və təkanla qaldırma üzrə 44 nəfər hərbi qulluqçu 8 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparırlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=188159