Soylu Azərbaycan xilasedicilərinə təşəkkür etdi

19.02.2023 - 15:15

“Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda qardaşlığın ən böyük nümunəsini göstərir”.

Cumhuriyyet.az“report”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kordinasiya Mərkəzində xilasedicilərlə görüşü zamanı deyib.

O, Azərbaycanın xilasedicilərinə gördükləri işlərə görə təşəkkür edib:

“Burada Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin general-mayoru Etibar İsmayılovla birgə xilasedicilər haqqında bir qəhrəman kimi danışılır. Hamınıza təşəkkür edirəm. Bir çox insanı dağıntılar altından xilas etdiniz. Eyni zamanda həlak olan şəxslərin meyitlərini dağıntılar altından çıxartdınız. Allah razı olsun. Hər şeyi əvvəldən axıra qədər izlədik. Bizə güc-qüvvət, dostluq verdiniz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188421

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031