Yaxın günlərdə Ağalıya növbəti ailələr köçürüləcək

24.02.2023 - 21:44

Fevralın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqiyev ilə görüşüb.

Komitədən Cumhuriyyet.az-a bildirilib ki, qonağa qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, birinci xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Görüşdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Dövlət Komitəsi yaxın günlərdə növbəti ailələri Zəngilan rayonunun Ağalı kəndinə köçürəcək.

Görüşdə ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yarandığı ilk günlərdən beynəlxalq təşkilatların göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif sahələrdə həyata keçirdiyi tədbirlərlə yanaşı, kəhrizlərin bərpa olunması, icmalara dəstəklə əlaqədar tədbirləri xüsusilə təqdirəlayiqdir.

Vladimir Giorqiyev səmimi görüşə görə təşəkkür edib və kəhrizlərin qurulması üçün zəruri olan tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin işğaldan azad olunmuş ərazilərində fəaliyyətə başlayan ilk təsisatıdır. Belə ki, qurum tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərlə bağlı araşdırmalara başlanılıb. Eyni zamanda, BMqT-nin Böyük Qayıdışla bağlı məcburi köçkünlər üçün zəruri olan təlimlərin keçirilməsinə dəstək verə biləcəyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188886

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930