Bərdədə Səfəvilərə aid sikkələr tapıldı

15.03.2023 - 23:59

2018-ci ildə Bərdə şəhərinin Torpaqqala ərazisi və Qaratəpə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılarda 20 000-dən artıq maddi mədəniyyət materialları (şirli və şirsiz saxsı qab nümunələri, şüşədən hazırlanmış nəfis əşyalar, müxtəlif sümük bəzək nümunələri, metal pullar və s.) aşkarlanıb.

Bu barədə Cumhuriyyet.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Oksford Universiteti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə həyata keçirilən bu qazıntılarda Nizami Gəncəvi Mərkəzinin Arxeoloji Ekspedisiyası üzvləri qismində Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeologiya” elmi fond şöbəsinin əməkdaşları – Aslan Qasımov və Mircavid Ağalarov iştirak ediblər. Arxeoloji qazıntı nəticəsində əldə edilən tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin müvafiq fondlarına təhvil verilib. Pandemiya səbəbindən əldə edilən materialların seçilməsi və təsnifatı işində müəyyən qədər fasilə yaransa da, sonradan bu iş daha intensiv aparılıb. Əldə edilən materiallar sırasında numizmatik faktla – sikkələr ayrıca seçilmiş və təmizlənilməsi məqsədilə muzeyin Bərpa laboratoriyasına təhvil verilib. Bərpa laboratoriyasının bərpaçı-rəssamı Dinarə Ağayeva tərəfindən ultrasəsli aparatla çirkdən, paxır və ərpdən təmizlənilən sikkələrə ikinci həyat verilib.

Muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova tərəfindən sikkələrin numizmatik təyinatı müəyyən edilib və nəticədə əksəriyyətinin mis olmaqla Abbasilər, Azərbaycan atabəyləri, Səlcuqlular, Səfəvilər dövründə zərb edilmiş sikkələr olduğu məlum olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189910

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031