Talış kəndindəki məktəbdə ilk zəng çalındı

27.03.2023 - 15:00

Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra martın 27-də ilk zəng çalınıb. Belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub.

Cumhuriyyet.az xəbər verir ki, bunu Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov deyib.

O bildirib ki, Talış kəndindəki uşaq bağçasında da bu gündən tədrisə başlanılıb:

“Ümumilikdə 78 şagird yerlik məktəbdə müxtəlif yaş qruplarından olan 24 şagird təhsilə cəlb edilib. Biz 15 nəfərlik müəllim kollektivi ilə tədris prosesini icra etməkdəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində olarkən tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190153

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031