Sərhədlərimizin mühafizəsində yeni üsullar…

08.06.2023 - 13:27

Azərbaycan sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verir.

Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

M.Əliyev xatırladıb ki, bu il ölkənin sərhəd təhlükəsizliyinin əsasını qoyan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, Ulu Öndərin Azərbaycanda zabit kadrlarının hazırlanmasında xidmətlərini də qeyd edib.

“Azərbaycanda sərhəd təhlükəsizliyinə xüsusi önəm verilir. Müharibə nəticəsində torpaqlarımız azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Dövlətimizin sərhədlərinin mühafizəsində yeni üsulların tətbiqi istiqamətində işlər aparılır”, – Prezidentin köməkçisi bildirib.

M.Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsinə tərəfdar olduğunu vurğulayıb:

“Bu baxımdan, sərhədlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin bu məsələdə güclərin səfərbər edilməsi vacib əhəmiyyət kəsb edir. Əminəm ki, Şuranın fəaliyyəti bundan sonra da əməkdaşlığımızın daha da gücləndirilməsinə müsbət təsir göstərəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192040

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930