Bu komitə toplandı: Paşayeva prezidentə təşəkkür etdi

12.06.2023 - 12:39

Bu gün Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilir.

Cumhuriyyet.net xəbər verir ki, dinləmədə Qərbi Azərbaycanın rəhbərliyi, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak edirlər.

Toplantıda çıxış edən komitə sədri Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevə Qərbi Azərbaycan mövzusuna verdiyi önəmə görə minnətdarlıq edib:

“Bu il 100 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırıq. Qərbi Azərbaycana qayıdışla bağlı xalqla dövlətin birliyinə görə biz Heydər Əliyevin bu məsələdəki mövqeyinə borcluyuq. Biz yaxşı bilirik ki, tarixi- mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək”.

Dinləmə çıxışlarla davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=192142

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930