Bu dəfə Ordumuz deyil, DSX PUA ilə vurdu…

16.06.2023 - 13:48

Dövlət Sərhəd Xidməti 2018-ci ildən etibarən Müdafiə Nazirliyindən qəbul etdiyi ərazilərdə, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən rayonlarımızda, sərhəddə xeyli işlər görüb. Sözügedən ərazilərdə möhkəmləndirmə işləri aparılıb, müdafiə və digər xarakterli qurğular quraşdırılıb, yeni zastavalar tikilib. Eyni zamanda DSX düşmənin təxribatlarının qarşısını almaq üçün bütün arsenala malikdir.

Cumhuriyyet.net-in xəbərinə görə, bu sözləri Dövlət Sərhəd Xidmətinin dünən Zəngilan istiqamətində düşmənin atəş nöqtələrini, təxribat törədən postlarını məhv etməsi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Polkovnik hazırda DSX-nin sərəncamında ən müasir artilleriya qurğuları, hücum və kəşfiyyat PUA-ları olduğunu bildirib:

“Sərhədçilərimizin atıcı və digər silahlardan, hərbi texnikadan istifadəsi Müdafiə Nazirliyimiz ilə demək olar ki, eyni səviyyədədir. Dünən də bütün bu imkanlardan istifadə edən qəhrəman sərhədçilərimiz təlimlərdə qazandıqları peşəkarlıqla Zəngilan istiqamətində mövqelərimizi minaatan və s. silahlarla atəşə tutan düşmən postlarını məhv edib, onlara layiqli cavab verib. DSX-nin təxribatların qarşısının alınmasında heç bir sıxıntısı və narahatlığı yoxdur. Sərhədçilərimiz 44 günlük müharibədə böyük döyüş təcrübəsi qazanıb və bu, komandanlığın mütəmadi keçirdiyi təlimlərlə də müasir tələblərə uyğun şəkildə möhkəmləndirilir, inkişaf etdirilir. Ona görə də sərhədçilərimiz çox rahat şəkildə düşmənin atəş nöqtələrini, postlarını darmadağın edir”.(axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=192370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728