Azərbaycan bu ölkədə səfirlik açır
Azərbaycan Slovakiyada səfirlik açacaq.
Cumhuriyyet.net xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=193041