Baş prokuror Oxçuçayın çirklənməsindən danışdı

10.07.2023 - 13:14


Hər hansı ölkələr arasında belə konfransın keçirildiyini xatırlamıram. Bu da Azərbaycan və Türkiyə arasında olan dostluğun, qardaşlığın nümunəsidir.

Cumhuriyyet.net xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib:

“Daha çox müzakirə olunan məsələ Ermənistanı sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətdir. Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Prezident Qoşulmama Hərəkatında da dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq”.

“Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir”, – Baş prokuror vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=193146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930