Prezidentin tapşırığı: gələn aydan başlayır – Dəyişiklik

13.07.2023 - 12:50

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Gədəbəy rayonunda baş vermiş hadisə ilə bağlı bildirdi ki, məsələ ilə əlaqədar həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

“Bu yalnız bir quruma deyil, həmçinin bütövlükdə dövlət orqanlarına ictimaiyyətə açıq olmaq və öz fəaliyyətləri ilə əlaqədar daim əhalini məlumatlandırmaq ilə bağlı tapşırıq idi. Dövlət qurumlarının ictimaiyyətə açıqlıq səviyyəsini göstərən meyarlardan biri də ictimai şuraların fəaliyyətidir”, – millət vəkili qeyd edib.

V.Bayramovun sözlərinə görə, monitorinqlər göstərir ki, bu gün əksər dövlət qurumlarının yanında formalaşdırılan ictimai şuralar tam aktiv deyil və həmin orqan ilə ictimaiyyət arasında körpü rolunu oynaya bilmir:

“Cənab Prezidentin son çıxışı bir daha belə şuraların aktiv fəaliyyətini gündəmə gətirir. İctimai şuralar fəaliyyət göstərdiyi qurumun işləri ilə bağlı mütəmadi məlumatlandırma həyata keçirməklə yanaşı, həmin orqanın fəaliyyətinin keyfiyyətinin artırılmasına da çalışmalıdır. Bunun üçün həmin şuraların öz fəaliyyətləri ilə bağlı dövrü hesabatlar verməsinə də ehtiyac var. Gələn aydan etibarən bir sıra dövlət qurumlarında şuralar yeniləcək. Ümid edirik ki, bu həm də keyfiyyət yeniləşməsi olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=193338

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930