Qarabağda neçə yolun tikintisi tamamlanıb?

13.07.2023 - 16:50

Qarabağ iqtisadi rayonu üzrə azad olunmuş ərazilərdə 10 avtomobil yolundan 4-ü artıq tamamlanıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir:

“Bildirmək istərdim ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 kilometr olan 10 avtomobil yolu layihəsinə başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanmışdır. Əlavə olaraq, cəmi uzunluğu 157,5 kilometr olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Füzuli şəhərində 8 ay kimi qısa müddətdə, minalar ilə hədsiz çirklənmiş ərazidə gözəl bir hava limanı inşa olunub”.

“Elektrik təchizatına gəldikdə, bildirmək istərdim ki, cəmi gücü 7,8 MVt olan 2 ədəd kiçik su elektrik stansiyası artıq bərpa olunmuşdur. Əlavə olaraq 7 rəqəmsal idarəetmə mərkəzi və yarımstansiya layihəsinə başlanılmışdır ki, bunlardan da artıq 5-i tamamlanmışdır. Su ehtiyaclarının ödənilməsi ilə bağlı ərazidə ümumi həcmi 44,36 mln m3 olan 5 su anbarı və onlara bitişik 2 magistral su kanallarının təmir prosesləri də tam sürətlə davam etdirilir”, – deyə o əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193344

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031