Bakıda Beynəlxalq Konfrans keçirildi

16.08.2023 - 11:03

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə həyata keçirilir.

Cumhuriyyet.net xəbər verir ki, layihə fəaliyyəti çərçivəsində Bakı şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda müvafiq dövlət orqanlarının təmsilçilərinin,ŞərqTərəfdaşlığı ölkələrinədən ekspertlərin,Qərbi Azərbaycan İcmasının və ölkədə fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri iştirak etmişdir.

Konfransı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli salamlama nitqi ilə açıq elan etmiş, konfransın məqsədləri və iştirakçıları barədə təqdimat etmişdir.Daha sonra 1-ci panel təqdimatları həyata keçirilmişdir. Bu panel “departasiya qurbanlarının qayıdışı beynəlxalq hüquq çərçivəsində”mövzusunu əhatə etmişdir.Bu istiqamətdə Azərbaycan təcrübəsi üzrə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri,Ankara Universiteti Hüquq fakültəsinin tələbəsi Əlibəy Hüseynli,Belarus təcrübəsi üzrə Belarus Respublikası Akademtrans Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri, Natalya Harbuz,Gürcüstan təcrübəsi üzrə Qadın Biznes Assosasiyası,AB Şərq Trəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya İşçi Qrupunun koordinatoru Nino Elizbaraşvili, Türkiyə təcrübəsi üzrə Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi Bursa Başqanı Fikri Özder və Ukrayna təcrübəsi üzrə Azərbaycan Ukrayna Qadınlar Cəmiyyəti İctimai Birliyinin rəhbəri Lidia Alieva-Şestak geniş təqdimatla çıxış etmişlır.

Əlibəy Hüseynli Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlandıgını və ölkələrin ərazi bütövlüyünyn qorunub saxlamaqla yanaşı,deportasiya qurbanlarının ləyaqətli qayıdış,təhlükəsizlik və mülkiyyət hüquqlarınin qorunması istiqamətində Ermənistanın üzərinə düşən hüquq və vəzifələr barədə geniş təqdimatla çıxış etmişdir.

Konfransın 2-ci təqdimat paneli “Şərq Tərəfdaşlığı regionunda sülh və sabitliyin qorunmasında vətəndaş cəmiyyətinin rolu”adlanmışdır.Bu paneldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Plafformasının koordinatoru Şəhla İsmayıl və Gürcüstan Beynəlxalq Biznes və İqtisadi İnkişaf Mərkəzinin sədri David Tsiskaridze ,geniş təqdimat etmişlər.

Konfransın gedişində Azərbaycan vətəndaş cəmiyyəti institutlarının tanınmış liderləri Rauf Zeyni,Umud Mirzəyev,Mirəli Hüseynov,Əhməd Abbasbəyli,Fuad Həsənov,Ziya Quliyev,Miraslan Bəkirli, Azərbaycan Respublikası QHT-lərə Dəstək Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov,Zaur İbrahimli çıxış edərək maraqlı təkliflər səsləndirmişlər.Daha sonra beynəlxlaq ekspertlərlə Qərbi Azərbaycan İcmasında geniş tərkibli görüş baş tutmuşdur. Görüşdə QAİ-nın sədri MM-in deputatı Əziz Ələkbərli, MM-in deputatı Hikmət Babaoğlu, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli Azərbaycanın haqlı mövqeyindən,Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanmasından və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar vermişlər.
Hər bir xarici ekspert bu məsələdə Azərbaycanın və Qərbi Azərbaycandan olan deportasiya qurbanlarının haqlı mvqedə olduğunu və bu istiqamətdə olkəmizə dəstək olduqlarını ifadə etmişlər.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimainin Mətbuat Xidməti.

Short URL: http://www.cumhuriyyet.net/?p=194613

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31