Sərhəd müzakirəsi: Nazir tapşırıq verdi

09.10.2023 - 16:58

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib, tapşırıqlar verilib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə oktyabrın 9-da nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə qeyd olunub.

Bildirilib ki, hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.

Eyni zamanda Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=196253

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930