Xocavənd icra hakimiyyətində işğal maxinasiyası

10.08.2014 - 23:12

Ermənilərin işğalı altında olan ərazilər üçün büdcədən subsidiya alınır

300 HA əraziyə malik olan  rayon 6 dəfə “böyüdülüb”

Ermənilərin işğalı altında olan ərazilər üçün büdcədən subsidiya alınır

300 HA əraziyə malik olan  rayon 6 dəfə “böyüdülüb”

 

 

Əraziləri düşmən
işğalı altında olan Xocavənd rayonunda torpaq biznesindən pul qazanan
məmurlar peyda olub.Belə
ki, sənəd üzərində təxminən 300 HA əraziyə malik olan Xocavənd rayonuna
dövlət büdcəsindən 1 560 000 manat subsidiya ayrılıb. Xatırladaq ki,
Subsidiya  – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcələrə və
hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. İstehsР°l və idС…Р°lР°
subsidiyР°lР°r müəssisələrin cР°ri istehsР°l fəР°liyyəti ilə əlР°qədР°r РѕlР°rР°q
dövlət tərəfindən verilən və qР°ytР°rılmР°yР°n cР°ri ödəmələrdir.

Amma cumhuriyyet.az-a daxil olan məlumatlar başqa məqamları üzə çıxarır. Belə ki, Xocavəndə ayrılan 1 milyon
560 min manat subsidiya hər 1 hektar üçün 80 Azn olaraq hesablanıb. Bu
isə o deməkdir ki, Xocavənd rayonu hazırda 19500 ha əraziyə malikdir. Rayon İcra Hakimiyyətinin rəsmi saytında subsidiyalarla bağlı verilən
məlumatlardan da görünür ki, bu rayona dövlət büdcəsindən ayrılan və
geri tələb olunmayan yardım  məcburi köçkün ailələrinə həyətyanı, əkin
və otlaq  sahələrinin ayrılması, onlara əvəzsiz  maliyyə yardımının
verilməsini təmin etmək məqsədilə 2008-ci ildə istifadəyə verilmiş 
“Xocavənd” qəsəbəsində məskunlaşmış sakinlərə 0.60 ha torpaq sahəsi
paylanmış, əkin və biçin üçün subsidiyalar (dizel yanacağı və motor
yağına görə) verilmişdir. Digər maliyyə yardımı olmamışdır.

Adıçəkilən qəsəbədə 500 ailə
məskunlaşıb. Yuxarıda göstərilən məlumatda isə hər ailə üçün 0.60 ha
torpaq sahəsinin paylandığı bildirilir. Belə olan halda “Xocavənd”
qəsəbəsinin 300 ha əraziyə malik olduğu açıq-aşkar məlum olur.
Hesablamamızı daam etdirmiş olsaq, görərik ki, hər 1hektar üçün dövlət
büdcəsindən 80 AZN subsidiya ayrılmış olsaydı, o zaman toplam 24 min AZN
vəsait tələb olunardı. Lakin əfsuslar olsun ki, bizim əldə etdiyimiz
rəqəmlərlə reallıq arasında 1 milyon 530 min manat fərq var.

Bəs ,görəsən, dövlət büdcəsindən bu qədər böyük pullar hansı adla silinib?  Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırma səyəsində məlum olub ki,
Xocavənd rayonunda baş verən bu özbaşınalıqların arxasında  başçının
müavini – Aqrar məsələlər şöbəsinin müdiri Mustafayev Rafael Rəşid oğlu
dayanır. Məhz onun təşəbbüsü ilə “Kranka” adlı şirkətə məxsus torpaq
sahələri Xocavənd rayonunun ərazisi kimi göstərilərək dövlət büdcəsi
talan edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9955

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31