Türkiyədən erməni təxribatları zamanı evləri dağılan vətəndaşlarımıza yadımlar gətirilir

13.10.2020 - 15:13

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərməkdə davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına cəmiyyətin nümayəndəsi Osman Barış Diker bildirib.

O qeyd edib ki, Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınıkın təlimatı ilə 4 gün əvvəl Ankaradan Bakıya yola düşüblər:

“Bu gün isə qardaş ölkə Azərbaycana gəlib çatdıq. Hazırda içərisində yardım vasitələri olan 4 qoşqulu yük maşını (TIR) və digər avtomobillə Bakıya gedirik. Yardıma 250 ədəd ailə çadırı, 500 ədəd yataq dəsti, 3 min ədəd yorğan və 288 ədəd mətbəxt dəsti daxildir”.

Nümayəndənin sözlərinə görə, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycana yadımlar davam edir.

Qeyd edək ki, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərərindən bir neçə gün əvvəl də qardaş ölkədən Azərbaycana bir neçə TIR vasitəsi ilə yardımlar gətirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155977

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31