Ermənistan rəhbərliyinin ağılını başına yığmaq zamanı – son möhlət də bitir

20.10.2020 - 10:35

Türkiyə və Rusiya Qarabağ ixtilafına nöqtə qoymaq üçün tarixi şans qazanıb; 2+2 formatı – yeni status-kvonun diktəsi; ekspertlər deyir ki…

Dağlıq Qarabağ konflikti ətrafında hərbi və geosiyasi situasiya hər gün bir az daha Azərbaycanın xeyrinə dəyişməkdədir. Fakt budur ki, işğalçı Ermənistanın rəhbərliyi Bakının ona tanıdığı son unikal şansları da doğru qiymətləndirə bilmir. Bununla da həm özünü, həm də xalqını əsl fəlakətə aparır. 

Nə gizlədək, Nikol Paşinyan 2018-ci ilin mayında inqilab nəticəsində Ermənistanda hakimiyyəti ələ keçirəndə Azərbaycanda kövrək bir ümid yaranmışdı ki, onun əli dinc azərbaycanlıların qanına batmadığı, qarabağlı olmadığı üçün münaqişə ilə bağlı obyektiv mövqe tutacaq, konfliktin dinc həllinə real töhfə verəcək, nəhayət, öz xalqını işğalçı siyasətə görə düşdüyü bataqlıqdan, izolyasiyadan qurtaracaq.

Əfsus, ümidlərimiz basdırıldı. Qısa zamanda bəlli oldu ki, N.Paşinyan avantüristin, yalançı və hoqqabazın biridir və Qarabağ məsələsində də konstruktiv mövqe tutmağa əsla hazırlaşmır. Əksinə, Ermənistan baş naziri öz müdafiə naziri David Tonoyanın dili ilə “yeni müharibə – yeni ərazilər” kimi qızışdırıcı və təxribatçı bir tezisi irəli sürdü. Gəncəyə, digər şəhərlərimizə amansız raket atəşləri isə onu öz sələfləri – Xocalı caniləri Serj Sərkisyan, Robert Köçəryan və Seyran Ohanyanla eyniləşdirdi, o da tarixə körpə qatili kimi düşdü.

İndi Nikol Paşinyanın da qolu dirsəyə qədər günahsız soydaşlarımızın, körpələrimizin qanına bulaşıb. Demək ki, o da digər hərbi canilər kimi beynəlxalq ədalət məhkəməsi və Azərbaycan xalqı qarşısında gec-tez cavab verməli olacaq – yetər ki, bizim savadlı hüquqşünaslar beynəlxalq səviyyədə bu işi apara bilsinlər. Faktlar isə bəsdən çoxdur. Buna inanırıq. Belə bir əminliyi artıran həm də odur ki, Azərbaycanın haqq səsinə səs verənlərin, erməni xislətini anlayanların sayı dünyada getdikcə artmaqdadır.

*****

“İrəvan Gəncənin dinc əhalisinə növbəti raket zərbəsi ilə Ermənistanın hazırkı dövlət siyasətinin mahiyyətini nümayiş etdirdi. Terror, faşizmin qəhrəmanlaşdırılması, rusofobiya və qonşulara qarşı nifrət XXI əsrdə soyqırımı həyata keçirməyin mümkün olduğunu düşünən monoetnik ölkə üçün normal haldır”.

Bu sözləri beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

“Artıq İrəvanın dövlət kimi fəaliyyətini xarakterizə etməyin, beynəlxalq hüquqa uyğun olub-olmadığını söyləməyin mənası qalmayıb. Hər şey aydındır. Azərbaycanın dinc sakinlərinə atılan raketlər konfliktin nizamlanmasının üstündən xətt çəkir. Fikrimcə, müharibə edən tərəflərin danışıqlar masasına keçməsi üçün bütün tədbirləri görən Rusiya Cənubi Qafqazda sülhə maraqlı olan üçüncü ölkələrlə də formatlara yenidən baxacaq. Rusiya faşist Almaniyasını xatırladan erməni hərbi komandanlığını cilovlayacaq”, – deyə o qeyd edib.

Ekspert onu da vurğulayıb ki, Azərbaycan terrorçuları cəzasız qoyacaq ölkə deyil: “Təəssüf ki, İrəvan bunu başa düşmür və üstəlik, vətəndaşlarına badalaq gəlməyə davam edir. Fikrimcə, Paşinyan yanında olan insanlarla birgə Azərbaycanın qələbəsindən sonra Haaqa Tribunalına məruz qalmalı və dinc əhaliyə qarşı terror törətdiyinə görə cəzalandırılmalıdır”.

*****

Ermənistan hakimiyyəti və bolşeviklər arasında oxşarlıqlar

Hələliksə, Ermənistanın “inqilabçı” hökuməti öz millətinin mənasız qırğınını dayandırmaq əvəzinə, hikkəsini davam etdirir. Halbuki müstəqil hərbi ekspertlərin hamısı ona təcili şəkildə dayanmağı, əsassız ərazi iddialarından əl çəkməyi və vaxt itirmədən Azərbaycanla ədalətli sülh sazişi imzalamağı tövsiyə edirlər.    

Məsələn, Almaniyadan olan tədqiqatçı-jurnalist, nüfuzlu “Bild” nəşrinin siyasət şöbəsinin redaktoru Yuliyan Ropke ermənilərə təslim olmağı məsləhət görüb.

“Türkiyə və İsrail raketlərinin dəqiqliyi +/-1 metr təşkil edir. Onlar hətta erməni əsgərləri tərəfindən qazılmış balaca bir çuxuru da vururlar”.

Musavat.com-un məlumatına görə, bu barədə o, özünün Twitter səhifəsində yazıb. “Bir daha təkrar edirəm, əgər sizin belə müharibədə qorunmaq imkanınız yoxsa, mən təklif edirəm ki, bütün ordunu qurban verməmək naminə təslim olasınız”, – deyə alman ekspert qeyd edib.

Hələ ki Ermənistana verilən möhlət bitməyib. Hələ ki neçə-neçə erməni gəncini ucuz ölümdən xilas eləmək üçün Paşinyanın şansı qalır. Bundan düzgün istifadə üçün isə o, ən əvvəl olan-qalan ağlını başına yığmalı, yeni reallığı olduğu kimi qəbul eləməli, nə qədər gec deyil yerdə qalan torpaqlarımızdan da işğalçı qoşunları qeyd-şərtsiz geri çəkməlidir. Çünki şərt diktə edən tərəf artıq Azərbaycandır, Azərbaycan Ordusudur.

Ermənistan hökuməti əllərini yuyur

Yalnız bu halda hansısa dinc həll yolundan danışmaq olar. Əks təqdirdə, Azərbaycan konflikti hərbi yolla bitirəcək, ordumuz müzəffər yürüşünü Xankəndinədək davam etdirəcək və heç bir danışığa da ehtiyac qalmayacaq. İndinin özündə ATƏT-in Minsk Qrupu üçlüyü artıq tarixin arxivinə verilmiş sayıla bilər. Yeganə həll formatı isə Moskva-Ankara, Bakı-İrəvan formatı, yəni 2+2 formulu ola bilər. Artıq qardaş ölkə olmadan bölgədə heç bir problem köklü şəkildə öz həllini tapa bilməz. Bunu sözsüz ki, Moskvada da, şeytan yuvası İrəvanda da yaxşı anlayırlar.

“Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakı bu münaqişənin erkən sona çatmasına kömək edəcək”.

Hikmət Hacıyev: "Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret  addımlar atılmayıb" - VİDEO | Report.az

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.

“Türkiyə və Rusiya Azərbaycan üçün dost və qonşu ölkələrdir. Türkiyə və Rusiya öz mövqeləri olan ölkələrdir. Ona görə də bu iki dövlətin danışıqlarda iştirakının sürətli bir nəticə əldə edilməsinə kömək edəcəyini düşünürük”, – deyə Hacıyev qeyd edib və eyni zamanda Türkiyə və Rusiyanın Suriyada uğurlu qarşılıqlı fəaliyyətini nümunə göstərib.

*****

“Rusiya və Türkiyə geopolitikanın ən vacib məsələlərini müstəsna olaraq  ortaq şəkildə həll edə bilər, əməkdaşlıq həm Moskva, həm də Ankara üçün ən yaxşı variantdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Yeni Türkiyəni Araşdırma Mərkəzinin direktoru, rusiyalı mütəxəssis Yuri Mavaşev “Vestnik Kavkaza”ya  müsahibəsində deyib.

Ekspert daha sonra bildirib: “Rusiya Türkiyə ilə tərəfdaşlıqda maraqlı olduğu kimi, Türkiyə də Rusiya ilə tərəfdaşlıqda maraqlıdır. Söhbət burada hər iki dövlətin iqtisadi, siyasi və beynəlxalq mənafelərindən gedir. O sırada bir çox məsələlər var ki, Türkiyə olmasaydı, Rusiya onları həll edə, qərar verə bilməzdi. Məsələn, Rusiya əgər Türkiyə ilə münasibətləri kəsib özünə qapılsaydı və geri çəkilsəydi, Suriyadakı hədəflərinə çata bilməzdi. Analoji qaydada Türkiyə Rusiyasız bölgədəki Qordi düyünlərini kəsə bilməzdi – istər Suriyada olsun, istərsə də Liviyada. Belə həlledici məqamlar sözün əsl mənasında Moskva və Ankaranı qaçılmaz qarşılıqlı faydalı əməkdaşlığa sövq edir. Yeri gəlmişkən, unutmaq olmaz ki, Rusiya ərazisində çox sayda türk və müsəlman yaşayır və bu da hər iki tərəfin münaqişəli vəziyyətdə yox, konstruktiv təmasda olmasının başqa bir səbəbidir”.

Rusiyalı mütəxəssis Dağlıq Qarabağ müharibəsinin  Türkiyənin heç bir təsiri olmadan baş verdiyini vurğulayıb. “Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin indi mövcud olduğu formada təzədən qızışması ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda əlbəttə ki, Türkiyənin konfliktin ən qısa müddətdə və tamamən sona çatmasında marağı var və. Ankara Azərbaycanla qardaşlıq münasibətlərindən əlavə, iqtisadi infrastrukturun, xüsusən də hərbi əməliyyatlar zamanı təhdid edilən Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizi boru kəmərlərinin təhlükəsizliyinin qorunmasında da maraqlıdır. Lakin Türkiyənin müharibənin yenidən başlamasına hər hansı bir şəkildə töhfə verdiyi və ya onu qızdırdığına dair əlamətlər yoxdur”, – deyə o qeyd edib.

HƏLLEDİCİ MÜHARİBƏ YAXINLAŞIR... - Rusiya bu dəfə özünü necə aparacaq? »  Mediatv.az informasiya portalı

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı döyüş əməliyyatlarını Rusiya və Türkiyənin maraqlarının toqquşduğu yer kimi təqdim etmək cəhdləri müəyyən dairələrin sifarişidir. “Variantlardan biri olaraq qeyd etmək lazımdır ki, bu gün Ermənistanın təsiri altında olan bəzi Qərb ölkələrinə Azərbaycandan Türkiyəyə gedən və Türkiyə bazarını enerjidaşıyıcıları ilə zənginləşdirən boru kəmərləri sərfəli deyil və onlar bu tədarükü pozmaq istəyirlər. Yəni ortadakı maraq olduqca aydındır. Buna görə də Azərbaycan ərazisinə, xüsusən də Naxçıvan Muxtar Respublikasına zərbələr endirilməsi barədə məlumatlar həyəcan doğurur, çünki bunlar Azərbaycan Ordusunu təhrik etmək və KTMT vasitəsilə Rusiyanı müharibəyə sürükləmək cəhdləridir”, – deyə Yuri Mavaşev sonda əlavə edib.

*****

Ancaq Azərbaycan təbii ki, bu təxribatların arxasındakı gerçək hədəflərdən yaxşı xəbərdardır və provokasiyalara uymur. İşğalçının cavabını müstəsna olaraq hərb meydanında verir və verəcək. Belə taktika həm də Dağlıq Qarabağ ixtilafının dinc həlli üçün Türkiyə-Rusiya əməkdaşlığını qoruyub saxlamaq baxımından önəm kəsb edir. Hər necə olmasa, konfliktə nöqtə qoymaq üçün Ankara-Moskva anlaşması, 2+2 formatı ən real yol olaraq görünür…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930