Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu – Nazir

24.10.2020 - 15:14

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.

Trend-in məlumatına görə, nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu.

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən #Tərtər rayonunun Kəbirli kəndinə #raket atılması nəticəsində həlak olub.

Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31