Şuşa zəfəri qəhrəman Tərtərdə coşqu ilə qarşılandı, insanlar küçələrdə! – FOTOLAR, VİDEOREPORTAJ
“Şuşa azad edildi!!! Şuşa bizimdir!!!” düşmənə mərdanəliyi ilə meydan oxuyan Tərtərin küçələri bayram əhval-ruhiyyəsindədir. “Eşq olsun Ali Baş Komandana” deyib qol götürüb oynayan kim, “Yaşasın Müzəffər Azərbaycan Ordusu” deyib alqışlayan, zəfərimizi sevinc göz yaşları ilə qarşılayan kim…
Qazilər, 1-ci Qarabağ müharibəsində döyüşən tərtərlilərin, hərbçilərin sevincinin həddi-hüdudu yoxdur.
Tərtərlilər bu bayram gününü də top atəşi səslərinə açıb. Rayona səhərdən başlayaraq atılan top mərmilərinin sayı yüzə çatıb. Bununla belə, qəhrəman insanlar Şuşa zəfərini küçələrdə qeyd etməkdən çəkinmir.
“Yeni Müsavat”ın Reportyor Qrupu Tərtərdən hazırladığı reportajı təqdim edir.
Tərtər


















Short URL: http://www.cumhuriyyet.net/?p=157022