Əflatun Amaşovun Ovannisyanla bağlı xatirəsi – “Durdu, dedi ki, hünəriniz varsa, müharibə edin”

13.11.2020 - 15:17

Mətbuat Şurasının sədri Əflatun Amaşov 44 günlük müharibədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü, bədnam şöhrət qazanmış Artsrun Ovannisyanla bağlı bir xatirəsinin sosial şəbəkədəki səhifəsində paylaşıb. Musavat.com MŞ sədrinin yazısını təqdim edir:

“Təxminən 5-6 ilin, bəlkə də bir qədər artıq müddətin söhbətidir. Tiflisdə beynəlxalq toplantının iştirakçısıydım. Mövzu regioanal media əməkdaşlığı barədə idi. Çıxış etdim və bildirdim ki, əməkdaşlıq üçün hər cür imkanlar var, sadəcə Ermənistan tərəfindən davam edən işğal məsələnin əməli müstəvidə reallaşması üçün ciddi maneə yaradır. Onu da bildirdim ki, bizim güclü ordumuz var, ancaq işğaldakı torpaqlarımızı müharibə ilə deyil, sülh yolu ilə qaytarmaq istəyirik.

Çıxışımı bitirər-bitirməz Ermənistan nümayəndə heyətinin tərkibində yer alan Artsrun Ovannisyan söz aldı və xüsusi saymazyana, özündən müştəbeh tonla təxminən bu fikirləri bildirdi: “Torpaqdır, qan töküb almışıq, yaxşı eləmişik, gücünüz çatırsa, hünəriniz varsa, müharibə edin, qan tökün, ala bilirsinizsə, alın.

Həmin vaxt susdum. Nə demək olardı ki?..

Bu, həmin Ovannisyandır ki, bir neçə gün öncəyədək Ermənistanın Müdafiə Nazirliyinin əsas sözçüsü idi. Erməni cəmiyyəti məhz onun dilindən cəbhə xəbərlərini, daha doğrusu, yalanları eşidirdi. Mən də hər dəfə bu adamın sifətini görəndə Tiflisdə yaşadığım mənzərəni və həmin mənzərənin doğurduğu heç zaman unutmadığım ağır hissləri təkrarən yaşayırdım.

Biz məhz Ovannisyanın dediyi kimi etdik. Düşmənə döyüş meydanında qələbə qazanaraq torpaqlarımızı geri qaytardıq. Ovannisyan isə mənən yoxdur artıq. Ancaq onun dediyi sözlərin və yaşadığım susqunluğun ağrısı unudulacaqmı? Bunu zamanın öhdəsinə buraxıram”.

P.S. Paşinyanın 10 noyabrda kapitulyasiya aktına imza qoyduğu gecənin səhəri öz müştəbehliyindən əsər-əlamət qalmayan Ovannisyan yazırdı: “Kaş bu səhər açılmayaydı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930