Kəlbəcəri tərk etmək üçün 10 günlük möhlət – erməni hiyləsi, yoxsa zərurət? – Pənah Hüseyn “Canlı debat”da

16.11.2020 - 11:56

Kəlbəcərin təhvil alınması 10 gün gecikir – lakin burada əsas olan 1 dekabr təqvimidir. Üç ölkə liderinin anlaşmasında 1 dekabr 3 rayonun təslim olunmasının son tarixidir. Azərbaycan məhz bu prinsipdə israr edir və edəcək.

Biz Rusiyanın daha 10 gün xahişinə müsbət cavab verdik, bəs Kəlbəcərdə vəhşilik törədən ermənilərə rus sülhməramlıları “dur” deyəcəkmi? Ağac kəsən, ev, məktəb yandıran, elektrik dirəyi sökən erməninin qarşısını kim kəsəcək?

Özlərinə ”smertnik” deyən ayrı-ayrı erməni silahlı dəstələri Dağlıq Qarabağın işğaldan azad edilən və ya boşaldılan ərazilərində, eləcə də Kəlbəcərdəki məlum monastırda qalacaqlarını bəyan ediblər. Bu quldurlara qarşı Azərbaycan əraziləri təhvil alandan sonra ləğvetmə əməliyyatına başlasa, atəşkəs pozulmuş sayılırmı? Çünki 3-lü anlaşmaya görə, artıq Dağlıq Qarabağın heç bir statusu yoxdur və bütün ərazilərdə Azərbaycan özünün suveren hüququnu bərpa etmək haqqına sahibdir. Bu baxımdan, Kəlbəcərdə, yaxud da Laçında lokal anti-terror əməliyyatları keçirtmək onun haqqıdır. Buna Rusiya və digərləri nə deyə bilər?

Ermənistan qaynayır, düşmən ölkə vətəndaş müharibəsinin astanasındadır. Artıq özünün yaxın tərəfdarları Paşinyandan üz çevirir və düşərgə dəyişdirir. Bu prosesləri Nikol Paşinyanın aqressiv açıqlamaları və həbs dalğaları müşayiət edir. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan Nikol Paşinyana sui-qəsd hazırlamağa görə həbs olunub (onu dünən axşam sərbəst buraxıblar). Paşinyan isə ona sadiq olan Qarabağdakı silahlı dəstələri İrəvana çağırıb. Belə bir durumda Ermənistanın qarışacağı şübhəsizdir. Azərbaycan bu halda nə etməlidir? 1 dekabra qədər bizə sabitlik, Paşinyanın iqtidarda qalması sərf edir. Çünki məlum kapitulyasiya bəyanatını ancaq o imzalayıb. Onun getməsi ilə proses pozula bilərmi? Yerinə gələn qüvvələr ruslar üzərindən əlavə zaman istəyə bilərmi, yoxsa bu, mümkünsüzdürmü?

Bu və digər sualların cavabını bu gün saat 12.00-də sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn cavablandıracaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157312

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30