Koronavirus üçün tətbiq olunan peyvəndlər insanı öldürə bilər? – Araşdırma

10.12.2020 - 14:44

Koronavirus peyvəndlərinin təhlükəsizliyini müzakirə edərkən bir şeyi unutmamalıyıq: Covid-19 öldürməyə davam edir. Məsələn, İngiltərədə yaşayan hər 1000 nəfərdən biri bu virusdan ölüb. Bu səbəbdən peyvəndlə bağlı riskləri nəzərdən keçirərkən, digər risklərin davam etdiyini yaddan çıxarmaq olmaz.

Musavat.com “BBC Türkcə”yə istinadən xəbər verir ki, dünyada koronavirus peyvəndləri ilə bağlı fərqli fikirlər var. Sayt yazıb ki, tibdə “təhlükəsiz” və “zərərsiz”, “risk” və “riskli” anlayışları arasında əhəmiyyətli bir fərq var. Pfizer / BioNTech peyvəndi almış iki nəfərdə allergik reaksiya qiymətləndirilərkən bu, düşünülməlidir.

London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Stephen Evans deyib ki, əgər “təhlükəsiz” dedikdə qətiliklə heç bir yan təsir göstərmirsinizsə, heç bir peyvənd və ya dərman üçün təhlükəsiz deyə bilmərik: “Təhlükəsiz dedikdə, istənməyən yan təsirlərin tarazlığı ilə dərmanın faydasını nəzərdə tuturam və bu peyvənddə tarazlıq dərmanın xeyrinədir.”

PEYVƏNDLƏRDƏ ÇOX YÜKSƏK TƏHLÜKƏSİZLİK STANDARTI

Bəzi dərmanların fəlakətli yan təsiri var, lakin dərmanı istifadə etməmə riski ilə müqayisədə bu, əhəmiyyətsizdir və ona görə də həmin preparat xəstələrə verilir. Məsələn, kimyəvi terapiya dərmanlarının yorğunluq, saç tökülməsi, anemiya, sonsuzluq, yaddaş və yuxu problemləri kimi bir çox yan təsiri var. Ancaq dərmanı qəbul etmədən xərçəngdən ölmək riski daha böyükdür.

_115975166_55250848.jpg (29 KB)

Digər tərəfdən, bəzi dərmanların əksəriyyətində yan təsir yoxdur, ümumilikdə, bu dərmanlar çox az saytda insan üçün problem yarada bilər. Məsələn, “ibuprofen” ağrı kəsiciləri geniş istifadə olunur, lakin nadir görülən yan təsirlərə – mədə qanaması, böyrək zədələnməsi və perforasiya ehtimalına malikdir.
BBC-yə danışan Prof. Evans deyib ki, hər hansı bir dərmanın tamamilə təhlükəsiz olduğunu deyə bilmərik, amma istifadəsi baxımından təhlükəsiz olduğunu söyləyirik.
Peyvəndlərin dərmanlarla müqayisədə bir fərqi var: dərman xəstələrə verilir və onsuz da xəstə olan şəxs daha yüksək riskə məruz qala bilər, ancaq peyvənd sağlam insanlara verildiyi üçün risk son dərəcə kiçik olmalıdır.

10 MİN SƏHİFƏLİK QƏRAR

Nəzarət qurumlarının qərarları ictimaiyyətə açıqlanandan daha artıq məlumata əsaslanır. Bunlardan yalnız bəziləri mətbuat vasitəsilə paylaşılır. Məlumatların saxlanılması mümkün deyil. Peyvəndlə bağlı hər hansı bir təhlükəsizlik problemi varsa, nəzarət orqanları onları görür.
Şirkətlərdən laboratoriyalardakı sınaqlardan, heyvan üzərindəki təcrübələrdən, birinci mərhələ təhlükəsizlik təcrübələrindən, ikinci faza dozası təcrübələrindən və üçüncü mərhələ hərtərəfli təcrübələrindən bütün məlumatları təqdim etmələri tələb olunur.

Prof. Evans, bütün bunlara ən azı 10.000 səhifə məlumat daxil olduğunu söyləyir. O, Pfizer / BioNTech peyvəndinin Covid-19-a yoluxma riskini 95 faiz azaltdığını, ancaq peyvəndin verildiyi nahiyədə ağrı, baş ağrısı, üşütmə və əzələ ağrısı kimi ümumi yan təsirlərə malik olduğunu deyib. Peyvənd olunan hər 10 nəfərdən ən az biri bunları hiss edə bilər.

Bütün bunlar immunitet sisteminin işləməsi ilə əlaqədardır və parasetamol ilə idarə oluna bilər.

NADİR PROBLEMLƏR

Peyvəndlərin görünməmiş yan təsirləri olması hər zaman mümkündür. Pfizer / BioNTech peyvəndi 20 min, Moderna 15 min, Oxford / AstraZeneca peyvəndi 10 min nəfər üzərində sınaqdan keçirilib. Bunlar yan təsirləri görmək üçün kifayətdir.

Ancaq 50 min insandan birində meydana gələn çox nadir bir yan təsir bu təcrübələrdə görülməmiş ola bilər. Londondakı King’s College Universitetindən həkim Penni Vard isə deyib ki, peyvənd lisenziyalaşdırılarkən milyonlarla insanla təcrübə etməmisinizsə, bunun son dərəcə nadir yan təsirlərini görə bilmərsiniz.

Bununla birlikdə, bu, yalnız Covid-19 peyvəndi üçün yox, bu günə qədər təsdiqlənmiş bütün peyvəndlər üçün də keçərlidir. Məsələn, hər il milyondan bir nəfərin də olsa qrip peyvəndlərinin “Guillain Barré” sindromu adlı bir sinir sistemi xəstəliyinə səbəb olması mümkündür. Digər tərəfdən, qripi olan insanların bu sindroma yoluxma ehtimalı daha yüksəkdir.
Həkim Vard deyib ki, bir maşına minib hansısa yerə getdiyiniz zaman heç kim qəza ehtimalı barədə düşünmür və buna görə qərar vermir. Vaksinin sizə qarşı mənfi təsir göstərmə ehtimalı avtomobil qəzasında olduğundan daha azdır.

_115866611_gettyimages-1208457313.jpg (40 KB)

SAXTA XƏBƏRLƏRƏ İNANMAYIN

Bəzi insanlar təsadüfi sağlamlıq problemlərini peyvəndlə əlaqələndirirlər. Yaxın aylarda bəzi qorxunc xəbərlərin paylaşılacağını təxmin etmək çətin deyil. Ancaq həqiqət budur ki, insanlar daim xəstələnirlər. İngiltərədə hər beş saniyədə bir nəfər infarkt, bir nəfər isə insult keçirir. Hər il 600 min insan ölür. Bir insanın peyvənd olunduqdan qısa müddət sonra əlaqəli olmayan bir sağlamlıq problemindən ölməsi tamamilə mümkündür. Bu vəziyyət bəzi uşaq peyvəndlərinin autizmlə əlaqəsi və sonradan verilmə tezliyinin azalması, uşaqları müdafiəsiz qoyma nümunəsini təkrarlamamalıdır. Bu səbəbdən peyvənd proqramı geniş tətbiq olunarkən soyuqqanlı olmanız lazımdır.

Vaksinlərin təhlükəsizliyi tətbiq olunduqdan sonra uzun müddət müşahidə edilməyə davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=158275

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728