“Bozqurd” işarəsi və simvolizmi- tarixi faktlar

12.12.2020 - 15:31

Türkçülüyün, turançılığın simvolı hesab edilən “Bozqurd” işarəsi son zamanlar hərbiçilərimiz arasında da xeyli yayılıb. Şəhid gizirimiz Xudayar Yusifzadədən tutmuş, qazi polkovniklərə qədər bu işarəni göstərdiklərinin şahidi olduq.

“Bozqurd” işarəsi, salamlaşması (çeçələ barmaqlarının irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) Altaylardan üzü bəri gələn türk simvoludur. Milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti “Bozqurd” işarəsini öz ideya mənsubiyyəti üçün simvol seçiblər.

Belə rəvayət olunur ki, türklərin savaş uranı olan boz qurd, yeni yurd salanda, savaşa gedəndə qabağa düşüb bələdçilik edir. Tanrıçılıqda savaş iyəsinin simvoludur, günəş şüası şəklində yerə enir, atılmış oğlan uşağına süd verir. Bütün bu özəlliklər boz qurdun müqəddəs sayılmasına səbəb olub. Bu daş heykəllərin biri Altayda, o biri İtaliyadadır. Beləliklə, “Bozqurd” işarəsi qurdun başını simvolizə edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra türkçülük, turançılıq ideyaları daha da geniş vüsət almağa başlayır. “Bozqurdlar” hərəkatı yaranır və bu hərəkata İskəndər Həmidov rəhbərlik edir. Lakin daha sonra bu hərəkat Azərbaycan Milli Demokrat (Bozqurd) partiyasına çevrilib.

Məlumata görə 1990-cı illərə qədər Türkiyədə bu işarə olmayıb. Xalq Cəbhəsi hakimiyyəti zamanında Türkiyə nümayəndə heyətinin tərkibində Bakıya gələn Alparslan Türkeş Azərbaycan “bozqurdları” onu bu işarə iə salamlayarkən bununla maraqlanıb.

İşarənin mənasını soruşanda onun “Bozqurd” simvolu olduğu deyilir. Türkeşə çox böyük təsir bağışlayıb və Türkiyəyə döndükdən sonra “Bozqurd” işarəsinin yayılmasını tapşırıb, həmişə də deyib: “Bu, azərbaycanlı qardaşlarımızın bir hədiyyəsidir”.

1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəylə birgə Azadlıq meydanındakı tribunada duraraq böyük izdiham qarşısında alovlu çıxışını bitirdikdən sonra mərhum Alparslan Türkeş “Bozqurd” işarəsini tutub. Bu kadrlar Türkiyə telekanalları ilə nümayiş etdirildikdən sonra “Bozqurd” işarəsi artıq bütün Türk dünyasında məşhurlaşmağa başlayıb.

“Bozqurd” işarəsi ilə salamlaşan məşhur liderlər

download.jpg (6 KB)
2018-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Mersin şəhərində keçirilən konqresində salondan kənarda gözləyənləri əli ilə “Bozqurd” işarəsi göstərərək salamlamışdı. Onun bu hərəkəti böyük marağa səbəb olmuşdu.
“Bozqurd” işarəsi ilə salamlaşan məşhurlardan biri ABŞ-ın sabiq prezidenti Barak Obamadır. Xatırladaq ki, B.Obama 2014-cü ildə Kaliforniyada İrvine Universitetində keçirilən tədbir zamanı tələbələri “Bozqurd” işarəsi ilə salamlayıb. Onun bu cür davranışı uzun müddət dünya mətbuatında müzakirə edilmişdi.

“Bozqurd” işarəsindən vahimələnənlər

Türk dünyasına nifrət bəsləyən bəzi qüvvələr belə bir yanlış fikir yaratmaq istəyirlər ki, “Bozqurd” işarəsi türk irqçilərinin işarəsidir və onu simvolizə edir. Amma bu yanlış və qərəzli bir uydurmadır. Tarix boyu türklərdə irqçilik olmayıb. Bu gün Uyğurustandan Avropaya kimi böyük bir ərazidə yaşayan türklər bu işarəni “Turan həmrəyliyi”nin simgəsi kimi qəbul edirlər.

Hətta Avropanın bir hissəsi olan Macarıstanda da bu işarə Turançılıq simvolu kimi populyarlaşıb. Yəni, “Bozqurd” işarəsi istər yaranışında, istərsə də sonrakı transformasiyasında hansısa millətin, soyun, etnosun digərindən “üstünlüyünü”, digərinə nifrəti təcəssüm etməyib. Bu simgə dar mənasında xoşniyyətli salamlama, alqışlama, geniş mənasında isə, müxtəlif milli-etnik, antropoloji və etnoqrafik toplumların sintezini özündə birləşdirən “turanlı” anlamını əks etdirir.

EXUrlBqXgAATvno.jpg (59 KB)

Beləliklə, son illərdə bir çox Avropa ölkələrində “Bozqurd” işarəsinə qarşı sərt təpkilər yaranmaqdadır. Belə ki, 2018-ci ildə Almaniyada “Bozqurd” işarəsinin qadağan olunması ilə bağlı qərar qəbul edilmişdi. Həmin ildə Kansler Angela Merkelin partiyası olan Xristian Demokrat Partiyasının üzvü, daxili siyasət mütəxəssisi Kristof de Vires ölkədə “Bozqurd” işarəsi olaraq bilinən barmaq işarələrinin göstərilməsinin qadağan edilməsi tələbi ilə çıxış etmişdi.

Türkiyə əleyhinə açıqlamaları ilə tanınan, əslən Türkiyədən olan Almaniyanın Sol Partiyasından millət vəkili Sevim Dağdələn da bu təklifi dəstəkləmişdi.
Eləcə də, 2019-cu ilin 1 mart tarixində Avstriyada da bu işarələrdən istifadəni qadağan edən qanun qəbul edilib. Türkiyə bu məsələ ilə bağlı Avstriya parlamentinə rəsmi etiraz ünvanlamışdı.

Etirazda qeyd olunurdu ki, Avstriya parlamentinin qəbul etdiyi “Simvollar haqqında” qanun layihəsində “Bozqurd” işarəsi terrorçu PKK qruplaşmasının rəmzi ilə eyni siyahıya daxil edilib:
“”Bozqurd” işarəsinin də daxil edildiyi “Simvol qanunu”nun martın 1-dən qüvvəyə minməsini qəbul etmir və şiddətlə qınayırıq.  Bütün xəbərdarlıqlarımıza baxmayaraq Avstriya Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsində ölkəmizdə qanuni fəaliyyət göstərən bir siyasi partiyanın simvolu olan “Bozqurd” işarəsinin PKK kimi terror təşkilatının simvolu ilə eyni siyahıda yer alması qalmaqaldır”.
“Bozqurd” işarəsi Güney Azərbaycanda da türkçülüyü simvolizə edir. Lakin İranda da bu işarə çoxlarını narahat etməyə başlayıb. Belə ki, ötən il İranda dərslikdə “Bozqurd” işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb.

Orta məktəbin “İctimai kimlik” kitabının 8-ci dərsliyində bu barədə qeyd olunub:
““Bozqurd” Türkiyədə aşırı millətçiliyin simvoludur. İslam dünyasında pantürkizm və panərəbizm ideologiyaları, pangermanizm və panislamizmə oxşar ideyalar daşıyır. Bu ideyalar islama uyğun deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728