Nazirlik Vətən müharibəsi qazisinin atasını və qardaşını işlə təmin etdi FOTO

17.12.2020 - 11:23

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olublar.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, qazinin atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyi öyrənilib.

İstəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verildi.

Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib.

Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətdə olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158531

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031