Erməni terroru nəticəsində ağır xəsarət alan şəxsə sosial dəstək göstərilir

25.12.2020 - 10:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları erməni faşistlərinin 28 oktyabrda Bərdəyə raket hücumu nəticəsində xəsarət alan və ayağı amputasiya olunan 36 yaşlı Elçin Şirinov və ailəsi ilə görüşüblər.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, ailə dörd nəfərdən (özü, həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağı) ibarətdir.

Elçinə yaxın günlərdə əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə ona məlumat verilib.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, növbədənkənar bu proqrama cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımı avadanlıqlarla təmin olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=158832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031