Şəmkirdə şəhidlərin xatirəsinə abidə kompleksi tikilir FOTO

26.12.2020 - 14:49

Şəmkir rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən möhtəşəm abidə kompleksinin tikintisinə start verilib.

“Report” xəbər verir ki, hündürlüyü 7,6 metr olacaq nəfis görünüşə malik abidə komleksi Şəmkir şəhərində yerləşən Şəhidlər Xiyabanında 8 guşəli ulduz təsvirinin üzərində ucaldılacaq.

Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci və İkinci Qarabağ Müharibəsi dövründə, Aprel Zəfərində canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin, itkin düşmüş qəhrəmanlarımızın adları həkk olunacaq. Həmçinin abidə komleksində Qarabağ savaşı haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yazılacaq.

Şəhidlər Abidə komleksinin arxa hissəsində isə səkkiz ədəd zirvələri fəht etmiş, qalib Azərbaycanımızın bayrağı dalğalanacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158884

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031