Vaqe Ohanesyan: “Nikol yaxşı baş nazir, Vazgen isə yaxşı namizəd deyil”

05.01.2021 - 15:35

“Bizim baş nazir postuna yaxşı namizədimiz yoxdur və biz bir az da geciksək dövlətimiz dağılacaq”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihə” qrupunun rəhbəri Vaqe Ohanesyan yazıb.

“Ömrü boyu bir kitab oxumayanlar Nikolu (Ermənistanın baş naziri Nikol Paşinyanı nəzərdə tutur – red.) müdafiə edərək deyirlər ki, o, ağıllı adamdır. Kitab oxuyan müxtəlif peşə sahibləri isə ciddi sifəti ilə bildirir ki, Vazgen (müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanı nəzərdə tutur – red.) yaxşı namizəd deyil. Nikol getməlidir, Vazgen də yaxşı namizəd deyil. Bu zaman təzadlı suallar yaranır. Eviniz yananda onu içməli, yaxud əkin suyu ilə söndürməyi düşünmürsünüz. Siz onu söndürməyi fikirləşirsiniz”, – o bildirib.

V.Ohanesyan ölkəsinin düşdüyü ağır vəziyyətdən də bəhs edib. Qrup rəhbəri Vazgendən də yaxşı namizədlərin olduğunu, ancaq onların məsuliyyəti öz üzərinə götürmək istəmədiklərini yazıb: “Biz yüksəlişimizin formulunu tapmalıyıq. Çox çətindir, amma mümkündür. Əsas vəzifələrdən biri milli böyümə formulunu tətbiq edə bilən komandaların olmasıdır. Bunlar isə bu günün şüarı və platforması deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728