Ermənilər Şurnux kəndində evləri yandırıblar

06.01.2021 - 11:17

Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Qarabağ bəyanatına əsasən işğaldan azad edilərək Azərbaycana qaytarılan Şurnux kəndini tamamilə tərk edən erməni ailələri Gorusa, bir ailə isə Qafana gedib.

Redaktor.az xəbər verir kİ, ermənilər Şurnuxu tərk etməzdən əvvəl orada dağıntılar törədiblər, eyni zamanda kənddəki evləri yandırıblar. Şurnuxda yaşamış Akop Arşakyan həmkəndlilərinin hamısının kəndi tərk etdiklərini bildirib.

Xatırladaq ki, bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnux kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib. 1990-cı ildən sonra Ermənistan hakimiyyəti Azərbaycanın sərhədboyu kəndlərini də işğal etmiş, həmin ərazilərə qanunsuz olaraq erməniləri köçürmüşdü.

Noyabrın 10-da imzalanmış bəyanata əsasən, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxır. Şurnux kəndinin Azərbaycana düşən ərazisindən də ermənilərin çıxması bəyanatın şərtlərinə uyğun olaraq aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=159341

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728