Bələdiyyə sədrinin meyitinin yanından narkotik tapıldı – onunla gələn qız axtarılır

07.01.2021 - 11:01
İsmayıllı rayonunda meyiti tapılan Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun ölümü ilə bağlı detallar məlum olub.
AZXEBER.COM-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq qız tanışı ilə orada gecələyib.
Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib.
İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159398

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930