“Adnan Oktar 9803 il həbs cəzası alsa da, 95 yaşında azadlığa çıxacaq” – Vəkildən ilginc açıqlama

13.01.2021 - 11:12

“Adnan Oktar “9803 il həbs cəzası alsa da 95 yaşında azadlığa çıxacaq”.

Musavat.com “CNN Türk”ə istinadən bildirir ki, bu barədə vəkil Mahir İşıkay açıqlama verib.

Vəkil qeyd edib ki, mövcud Türkiyə qanunlarına görə, Adnan Oktar 30 ildən çox həbsdə qala bilməz:

“İşlənən cinayətlərin tarixinə nəzər salmaq lazımdır. Bu çərçivədə İcra Qanununun qaydaları dəyişə bilər. Ancaq nə olursa olsun, Adnan Oktarın həbsdə qalacağı ümumi müddət mövcud qanuna görə 30 ildən çox ola bilməz”.

Məlum olduğu kimi, bir neçə gün öncə İstanbul Ağır Cəza Məhkəməsi 65 yaşlı Adnan Oktara 1075 il həbs cəzası versə də, sonradan bu cəza 9803 il 6 ay həbs və 400 min lirə pul cəzası ilə əvəz edildi.

Qeyd edək ki, “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktar 2019-cu ildə cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunaraq, həbs olunub. Dini təriqət lideri olan A. Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə, Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfindən müsadirə edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159742

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930