Sabiq nazir PA-da mühüm sahəyə rəhbərlik edəcək

28.01.2021 - 10:36

Qəzetlər, saraylar, iqamətgahlar, çoxsaylı istirahət mərkəzləri Ramin Quluzadənin müdiri olduğu idarəyə tabedir

Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib. Nazirin müdir vəzifəsinə təyinatından sonra Prezidentin İşlər İdarəsinin əsas işi, funksiyasının nədən ibarət olması kimi suallar yaranıb.

Öncə qeyd edək ki, İşlər İdarəsinin adı mətbuat səhifələrinə qalmaqallı rəhbəri Akif Muradverdiyev üzərindən daşınıb. 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovla bərabər həbs edilən Akif Muradverdiyevə hakimiyyəti zorla ələ keçirmək və kütləvi iğtişaşlara hazırlıq ittihamı elan olunmuşdu. Sonradan bu ittiham ayrıca icraata verildi və yeni mənimsəmə, korrupsiya ittihamları ilə Akif Muradverdiyevə 6 il iş kəsildi. O, cəzasının şərti hesablamasına əsasən 3 il keçmiş azadlığa buraxılıb. 2013-cü ildə Akif Muradverdiyev yenidən tutuldu. Bu dəfə o, Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkəsini gömrük nəzarətindən gizli keçirmək ittihamı ilə yenidən tutulub. 3 il sonra Akif Muradverdiyev əfvlə azadlığa çıxa bilib.

Akif Muradverdiyev adının dövlət çevrilişində hallanmasına münasibət  bildirir

Akif Muradverdiyev

Maraqlıdır ki, Akif Muradverdiyevdən sonra bu vəzifəyə 11 il müddətində təyinat olmayıb. İdarə 1993-cü ildən birinci müavin vəzifəsini daşıyan Oktay Şahbazova tapşırılıb. 2016-cı ilin yanvarında Oktay Şahbazov İşlər İdarəsinin müdiri təyin olunub. Ramin Quluzadənin bu vəzifəyə gətirilməsi ilə 80 yaşlı Oktay Şahbazov təqaüdə göndərilib.

Prezidentin işdən çıxardığı Oktay Şahbazov kimdir-TƏFƏRRÜAT – AzTimes

Oktay Şahbazov

Prezidentin İşlər İdarəsinə daxil olan qurumlar sırasında qəzetlər, pansionatlar, aqrokomplekslər, saraylar, avtoparklar və saydıqca bitməyən digər subyektlər var.

Prezident Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. Bununla belə, İşlər İdarəsi Prezident Administrasiyasının tərkibinə daxil deyil.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncama əsasən İşlər İdarəsinin say tərkibi 81 ştat vahidindən ibarət müəyyən edilib.

Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ | KONKRET

Ramin Quluzadə 

Ramin Quluzadə işlər müdiri kimi, çoxsaylı tabeli qurumları birinci müavini və müavininin köməyi ilə idarə etməlidir. İdarəyə Tibb Xidməti, profilaktoriya, 1 saylı Pansionatın Tibb bölməsi, “Gənclik” Qonaq Evinin Tibb bölməsi, Müşayiət edən dəstə, Kadr və maliyyə məsələləri sektoru, Təchizat sektoru, Tibbi yardımın təşkili sektoru, Maliyyə şöbəsi, Prezident Sarayının təminatı şöbəsi, Təsərrüfat hesablı tabeli təşkilatlarla iş şöbəsi, Nəzarət-təftiş qrupu, Xüsusi dövlət tədbirlərinin təminatı şöbəsi, Texniki təminat şöbəsi, Material təchizat sektoru, Təmir-tikinti şöbəsi, Əsaslı tikinti sektoru, İnformasiya texnologiyaları və elektron resursların idarə edilməsi şöbəsi, İnformasiya texnologiyalarının tətbiqi sektoru, Elektron resursların idarə edilməsi sektoru, Hüquq məsələləri sektoru, Nəqliyyat məsələləri şöbəsi, Hava nəqliyyatında yüksək vəzifəli şəxslərə xidmətlərin göstərilməsi sektoru ilə yanaşı, Təmir-tikinti idarəsi, yeməkxana, “Respublika” mehmanxanası, Kənd təsərrüfatı müəssisəsi, “Azərbaycan” nəşriyyatı,  Prezident yanında Dövlət İdarəçilik Akademiyası, “Bakinski raboçi” qəzetinin redaksiyası, “Respublika” qəzetinin redaksiyası, “Xalq qəzeti”nin redaksiyası, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumat bülleteni”nin redaksiyası aiddir.

İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatların siyahısı isə belədir:

“Zağulba” İqamətgahı,  “Gənclik” İqamətgahı, “Qəbələ” İqamətgahı, “Ulduz” Qonaq Evi, “Gənclik” Qonaq Evi, “Azadlıq” Qonaq Evi, Rəsmi Qəbullar Sarayı, “Gülüstan” Sarayı, Prezident Kitabxanası, Siyasi Sənədlər Arxivi, Pansionat, Avtopark, “Aqrokompleks” “Marxal” Müalicə-İstirahət Kompleksi.

Xatırladaq ki, Ramin Quluzadə 2016-2021-ci illərdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160363

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930