Qubada gecə saatlarında fəaliyyət göstərən iki çayxana aşkarlanıb

09.02.2021 - 11:48

Quba Rayon Polis Şöbəsinin əməkdaşları fevralın 9-da gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çayxana aşkarlayıblar

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Musavat.com-a verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi Amil Balayev və orada olan 5 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Keçirilən digər bir tədbir zamanı rayonun Birinci Nügədi kəndi ərazisində eyni qayda pozuntusunu törədərək gecə saatlarında fəaliyyət göstərən daha bir çayxana müəyyən edilib. Polis əməkdaşları tərəfindən obyekti icarə əsasında işlədən Taleh Quliyev və orada olan 9 müştəri ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=160953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930