Reza Deqati bu dəfə Şuşanın Cıdır düzündən yazdı
Dünyaca məşhur fotoqraf Reza Deqati sosial şəbəkədə bu dəfə işğaldan azad olunmuş Şuşanın Cıdır düzündən fotolar paylaşıb.
Musavat.com bildirir ki, fotoqraf paylaşdığı fotolara aşağıdakı qeydi yazıb:
“Cıdır düzü, Şuşa, Qarabağ. Qarabağ tarixən dağları və atları ilə məşhur olub. Şuşadan yuxarıda yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri idi. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=161083