Pərviz Şahbazov London Universitetinin müəllimini özünə müşavir təyin etdi

11.02.2021 - 10:41

Energetika Nazirliyində yeni təyinat olub.

Report un əldə etdiyi məlumata görə, Nazir Pərviz Şahbazovun əmri ilə Vüsal Musayev onun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

Bu təyinata qədər V.Musayev nazirliyin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Yeni təyinatla nazirin müşavirlərinin sayı 5-ə çatıb. Bundan əvvəl Zəminə Əliyeva, Cavid Abdullayev, Vüsal Rəcəbli və Xalidə Mənsimova müşavir təyin ediliblər.

İqtisad Elmləri üzrə London Universitetinin doktoru olan V.Musayev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın qabaqcıl tədris ocaqlarında təhsil almaqla yanaşı, London Universitetinin mötəbər institutlarında dərs deyib. O, eyni zamanda, neft müqavilələrindən sonra ölkəmizdə qeyri-neft sahəsinə qoyulmuş ən böyük investisiya layihələrindən biri hesab edilən və Azərbaycanın elektroenergetika sahəsində sənaye miqyaslı ilk beynəlxalq müstəqil enerji istehsalı (Independent Power Producer – IPP Project) layihəsinin pionerlərindən biri hesab edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=161158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930