Daha bir marşrut xətti üzrə gediş haqqı “BakıKart”la ödəniləcək

14.02.2021 - 10:39

Bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırıması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

15.02.2021-ci il tarixindən 44 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s-Zığ qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Sərnişinlərin rahatlığı nəzərə alınaraq Zığ qəsəbəsi ərazisində, 2 ünvanda “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos- terminalları qoyulacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930