Hərbi canilərin revanş çabaları

19.02.2021 - 10:39

Alqış Musayev: “Sərkisyanı Paşinyanın özü  danışdırır”

Ermənistanda hərbi canilər Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün aktivləşməsi təsadüfi saylmamalıdır, belə fəallaşma bir yox, bir neçə məqsəd daşıyır”. Bu barədə sabiq deputat Alqış Musayev Serj Sərkisyanın son günlər fəallaşması və Ermənistanda bu canilərin yenidən iqtidara qayıdışının mümkün olub-olmadığı barədə şərhində bildirib. “Yeni Müsavat”a açıqlamasında A.Musayev qeyd etdi ki, hərbi canilərin aktivliyi müşahidə olunsa da bu, heç də o demək deyil ki, onlar Ermənistanda hakimiyyətə gəlirlər və ya gətirilirlər. Serj Sərkisyanın üzə çıxması onun və Qarabağ klanının mütləq Ermənistanda hakimiyyətə gələcəyi anlamını vermir. Yaxın perspektivdə bu mümkün görünmür və ümumiyyətlə, belə bir hadisəni gözləmək real olmazdı. Bunu əslində terrorçu klanın başçıları özləri də yaxşı bilirlər: “Onlar dəqiq bilirlər ki, nə Ermənistan xalqı, nə də ağaları olan Rusiya onların hakimiyyətə qayıdışını istəmir. Xüsusilə Rusiya bu canilərin qayıdışında maraqlı olsaydı, müharibədən dərhal sonra Paşinyanı asanlıqla kənarlaşdırardı. Ancaq bəllidir ki, Moskva Paşinyanla işləmək xəttini məqbul gördü.

Odur ki, indi Robert Köçəryanla Serj Sərkisyanın verdiyi bəyanatların, müsahibələrin bir qismi daxilə, bir qismi də xaricə ünvanlanır.

Eyni zamanda bu iki hərbi caninin aktivləşməsi bir tərəfdən forpost sahibinin Paşınyana təzyiq xarakterli gedişi ola bilər. Cünki Rusiya Paşınyana sona qədər etibar etmir və siyasi meyit olan Sərkisyanı, Köçəryanı diriltməklə Paşınyana demək istəyir ki, bizim tərtib etdiyimiz geosiyasi  cızıqdan kənara çıxsan, bizim alternativlərimiz hazırdır. Rusiya bilir ki, Paşinyan bir balaca özünə gəlib siyasi qamətini düzəldən kimi Rusiyanın maraqlarına uyğun olmayan tələblər irəlı sürə bilər. Bu tələblərin sırasında rus qoşunlarının Ermənistandan-Gümrüdən çıxarılması da ola bilər. Ona görə də Moskva Paşinyana bu cür məsələni ağlından keçirməməsi üçün bəri başdan xəbərdarlıq edir”.

Alqış Musayev ile ilgili görsel sonucu

Alqış Musayev

Sabiq deputat hesab edir ki, az ehtimal edilən olsa da başqa bir ehtimal da mümkündür: “İstisna deyil ki, Serj Sərkisyanı elə Paşinyanın özü dirildir və danışdırır. Bu üsulla Paşinyan Azərbaycan tərəfinə çatdırmaq istəyə bilər ki, öhdəlikləri yerinə yetirməkdə məni tələsdirməyin, sıxmayın, əlavə təzyiqlər göstərməyın. Əks təqdirdə, bundan sonrakı müzakirələri Serj Sərkisyan və Robert Köçəryan kimi cəlladlarla aparmalı olarsınız və sair. Bununla həm də Paşinyan Qarabağ klanına nifrət edən Ermənistan ermənilərinə də mesaj verə bilər ki, mənim ətrafımda birləşməsəniz həmin klan qayıda bilər.

Onsuz da Robert Köçəryanı həbsxanaya atmaqla Paşinyan sındırıb və üzərində cinayət işini saxlamaqla əslində qorxu altında saxlayır. Serj Sərkisyan da cinayət bataqlığındadır və bilir ki, istənilən an qandallanması üçün hüquqi əsaslar var. Ona görə də onların Paşinyanın gizlində onlara göndərilən əmrlərinə uyğun hərəkətlər, çıxışlar etməsi istisna edilməməlidir. Uzun müddətliyə həbsxana divarları arasında olmaq qorxusu hərbi caniləri, xüsusən də Serj Sərkisyanı gizlində Paşinyanın kuklasına çevirə bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161526

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031