Dərslik qalmaqalı AMEA və Tarix İnstitutunu üz-üzə qoydu

13.10.2017 - 17:12

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, bəyanatda deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir.

“Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir”, – deyə açıqlamada bildirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101250

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930