“Bu, müəllim hazırlayan məktəblərə ölüm hökmü deməkdir” – Rektordan SOS

16.11.2017 - 14:09

“Bir neçə il əvvəlki statistikaya görə fikiza ixtisası üzrə məzunların yalnız 4 faizi müəllimlərin işə qəbul imtahanından keçə bilmişdi. Bu, müəllim hazırlayan məktəblərə ölüm hökmü deməkdir”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru Cəfər Cəfərov Azərbaycan Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ikinci Beynəlxalq Təlim Konfransında çıxışı zamanı deyib.
Rektor bunun səbəbini təhsil sistemində illərdir istifadə edilən test üsulunun əzbərçi nəsil yetişdirməsində gördüyünü deyib: “Bu vaxta qədər keçdiyimiz tədris üsulu bu gün dünyada qəbul edilmir. Tələbəyə öyrənməyi öyrətmək lazımdır. Tələbə biliklərini cəmiyyət, bəşəriyyət üçün necə istifadə edilməsini öyrətmək lazımdır. Bu gün biz məcbur qalaraq test üsulundan istifadə edirik. Bu sistem vasitəsilə əzbərçi nəsil yetişib”.
Rektor bildirib ki, ölkəmizdə məktəb və təhsil sistemi daim yenilənməlidir. Çünki dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələri məhz bu yeniliklərlə uğur əldə ediblər.
“Bu il bizim universitetə 281 nəfər 500-dən çox balla daxil olub. 3-4 il əvvəl bu rəqəm 6 nəfər idi. Bu tələbələrin əksəriyyəti filiallarımızda olan tələbələrdir. Filologiya fakültəsində təhsil alanların 50 faizdən çoxu 500-dən çox bal toplayıb və onlar ilk yerdə məhz bu ixtisası göstəriblər. Bu da ölkədə müəlllim peşəsinə verilən dəyərdir. Lakin təhsil məzmununun yenilənməsinə ehtiyac var. Çünki 500-dən çox balla ali məktəbə daxil olan tələbəyə yüksək təhsil verilməlidir. Təhsilin yenilənməsi müəllimlərin yetişdiyi ali məktəblərdən başlanmalıdır. Bizim universitetimizdə bu ildən yenilik etdik. Ali məktəbdə adətən, vakant yer tutmaq üçün universitet daxili iclaslarda həll edilirdi. Azərbaycan mühitində ilk dəfə olaraq bizim ali məktəbdə müəllimlərin işə qəbulu müsabiqə yolu ilə keçirildi. İnsanlar bir vəzifənin ömürlük onlara məxsus olduğunu zənn etməməlidirlər. Təşkil etdiyimiz müşabiqədə 114 yerə 500 adam sənəd vermişdi. Qalib olanların 10 faizi kənardan gələnlər idi. Bu da ildən-ilə müəllimlərin yenilənməsi prosesinin tərkib hissəsidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104633

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930