Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

02.12.2017 - 17:02

Müsəlman qaydaları ilə kəsilmiş ətin dünyada ən böyük istehsalçısı Braziliyadır.

2015-ci ildə Braziliyanın xaricə satdığı ətin dörddə biri müsəlman ölkələrinə – Şimali Afrika və Yaxın Şərq ölkələrinə gedib. Bu ətin dəyəri 1,4 milyard dollar olub.

Cumhuriyyet.net saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Braziliyada halal ətə sertifikat verən 3 təşkilat var. Onların ən böyüyü “Fambras” – Braziliyanın Müsəlman Assosiasiyaları Federasiyasıdır. 1979-cu ildə yaradılan bu təşkilatda ölkə boyu 48 müsəlman icması və məscidi təmsil olunur. Fambrasla sıx işbirliyində olan Braziliyanın Halal Ət Mərkəzində680 nəfər işləyir. Onların 500-ü ölkənin müxtəlif bölgələrindəki sallaqxanalardadır.

Hazırda Braziliyada 300-cən halal sertifikatlı şirkət var. Onların çoxu mal, qoyun, toyuq əti istehsal edən müəssisələrdir. Amma halal kosmetika, dərman istehsal edən şirkətlərin də sayı artır. Artıq Braziliya Körfəz ölkələrinə dərman ixrac edə bilir.

Maraqlıdır ki, Braziliyanın özündə halal ət tapmaq asan deyil. Xüsusən də San Paolo və Rio de Janeyro kimi iri şəhərlərdən kənarda.

Braziliyanın 200 milyonluq əhalisinin yalnız kiçik bir hissəsi – təxminən 1,5 milyonu müsəlmandır. Onların çoxu Suriya, Misir və Fələstin əsillidir.

Halal ətin əsas ixracatçıları sırasında Braziliyadan sonra Avstraliya, Hindistan, Fransa və Çin gəlir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106185

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930