Həkim səhvlərindən sığortalanmaq olarmı? (VİDEO)

09.12.2017 - 13:46
Son dövrlər həkimlərin səhvi ucbatından pasientlərin zərər çəkməsi nəticəsində xəbərlər yayılır. Dünya ölkələrində bunun qarşısını almaq üçün tibb işçilərinin peşə məsuliyyətinin sığortalanması mexanizmi həyata keçirilir. Bəs görəsən ölkəmizdə bu sahədə vəziyyət necədir?

Cumhuriyyet.net Xəzər TV-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə Avropa ölkələrində hospitala qəbul edilmiş pasientlərin 8%-dən 12%-ə gədəri tibbi səhvlərlə üzləşməli olurlar. Hər 20 pasientdən biri hospital infeksiyalarindan zərər çəkməkdədir.

Avropa ölkələrində olduğu kimi ölkəmizdə də pasientlərin tibbi, yəni diaqnostik və müalicəvi səhvlərlə üzləşməsi haqqında xəbərlər eşidirik. Şahidələr onu göstərir ki, ən çox rast gəlinən səhvlər həkimlər tərəfindən tibbi preparatlarin düzgün təyin edilməməsi və ya dozasınınn düzgün müəyyən edilməməsidir. Nəticədə pasientlər ya yenidən müalicə kursu keçməyə məcbur qalırlar ya da bahalı əməliyyat etdirməli olurlar.
Problemin həlli üçün tibb işçilərinin peşə məsuliyyəti sığortalanmalıdır. Bunu isə ya həkim fərdi qaydada etməli ya da onun işlədiyi tibb müəssisə həyat keçirməlidir.
Ölkəmizdə tibb işçilərinin peşə məsuliyyətinin sığortası geniş yayılmayıb. Ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətlərindən 1 vəya 2-i bu növ sığorta fəaliyyəti ilə məşğuldurlar.
Ekspertin sözlərinə görə bu növ sığortanın əhatə dairəsini genişləndirmək olar. Burada vətəndaşların da üzərinə böyük məsuliyyət düşür
Digər tərəfdən sığorta şirkətləri də bu istitiqamətdə fəal olmalı xüsusi təkliflər paketi hazırlamalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=106850

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930