Türkiyənin məşhur aktyoru-“Mahmut hoca” vəfat etdi

05.01.2018 - 14:28

Türkiyənin məşhur kino aktyoru Münir Özkul 93 yaşında vəfat edib.

Modern.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Münir Özkul bir neçə il idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

M.Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy məhəlləsində anadan olub. Karyerası boyunca yüzlərlə filmə çəkilib.1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib.

Münir Özkul xüsusən “Nəşəli günlər”, “Mavi Muncuq Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinifi trilogiyasındakı “Mahmud hoca” obrazı ilə milyonların qəlbində taxt qurmağı bacardı. Bu onun aktyorluq zirvəsi idi.


Hər nə qədər zəngin və gözəl kino karyerası olsa da, Münirin həyatı bir o qədər gözəl keçməyib. Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib.

Aktyor düz 4 dəfə evli olub və 3 uşaq atasıdı. Sonuncu evliliyi 27 il əvvəl Ümman xanımla baş tutub. Türkiyədə tanınmış aktrisa və prodüsser Günər Özqul onun qızıdır.

Hazırda Demans xəstəliyi ilə (məntiqin itməsi) yaşayırdı və 2003-cü ildən bu günə kimi evindən bayıra çıxmırdı. Öz ailəsindən, həkimlərdən başqa yanına heç kim buraxılmırdı.
Aktyor xəstəliyi ilə əlaqədar hələ də Kamal Sunalın, Adilə Naşitin və bir çox dünyasını dəyişmiş sənət yoldaşlarının sağ olduğunu zənn edir və gerçəklə yalanı qarışdırırdı. 


Türkiyənin xalq sənətçisi, “Qızıl portağal” və onlarla fəxri ad və mükafatlara sahibidir.

Allah rəhmət eləsin…

Short URL: http://www.cumhuriyyet.net/?p=109313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31