“UniBank”dan müştərilərə “komissiya haqqı” kələyi — İpoteka kreditində yalan vəd

22.01.2018 - 18:17

“UniBank” müştərilərini aldatmaqda davam edir.
“Ölkə.Az” xəbər verir ki, bankdan ipoteka krediti almaq istəyən müştərilərdən bank tərəfindən əlavə olaraq 0,1% komissiya haqqı tutulur. Amma bankın rəsmi internet saytında ipoteka krediti alan müştərilərə bu haqda məlumat verilmir.

Bankın İpoteka krediti haqqında verdiyi məlumatda (xəbərdə) bildirilir ki, məbləğ 150 000 manatdan (sosial ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 80%-indən artıq ola bilməz. 3 ildən 25 ilədək rəsmiləşdirilən ipoteka kreditinin illik faiz dərəcəsi isə 8%-dən artıq ola bilməz. Yaşayış sahəsini girov qoyaraq ipoteka krediti əldə etmək istəyən müştəri 20% ilkin ödəniş edərək sözügedən krediti əldə edə bilər.

Bank rəsmi saytında bütün məlumatları əks etdirsə də komissiya haqqı barədə heç bir məlumat vermir.

Yəni saytdan məlumat əldə edən müştəri bankın Sahil, Kəpəz, Sumqayıt filiallarına müraciət etdikdə (ipoteka krediti sadəcə bu filiallarda verilir) əlavə olaraq 0,1% komissiya haqqı olduğunu öyrənir.
Azərbaycan Respublikası reklam haqqında qanunun 18.0.5. maddəsi bildirir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən məlumatında (reklamında) natamam reklam verməsinə icazə vermir.

Bundan başqa bank ipoteka kreditinin verilməsinin sığortası haqqında bildirir ki, borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə sığorta olunmalıdır. Kreditin məbləği (ən az halda, ilkin ödəniş 20%-i çıxmaqla 80%) sığortalanan əmlak (ev) baş verəcək hansısa hadisədə sığorta şirkəti tərəfindən sadəcə 80%-lik ödənişi olunur. Bu, natamam sığorta hesab edilir ki, bank bu barədə də müştəriyə əvvəlcədən məlumat vermir.

Short URL: http://www.cumhuriyyet.net/?p=110667

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31