Jirinovski Rusiyaya türk dilində müraciət etdi – Video

05.03.2018 - 09:57

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski №Birinci kanal”da debat zamanı öz seçicilərinə tatar dilində müraciət edib. Axar.az xəbər verir ki, Jirinovski Rusiyadakı türkdilli xalqların onların problemlərini anlayacaq prezidentə ehtiyacı olduğunu bildirib: “Bizim türkdilli xalqlarımız var. Onlara yəqin ki, prezidentlərinin təkcə rus dilində yox, həm də tatar, başqırd və digər dillərdə danışması maraqlı olardı”.
Bundan sonra tatar dilində müraciətini davam etdirən siyasətçi türkdilli xalqların qayğılarını hər zaman diqqət mərkəzində saxlayacağını deyib: “Mən onlardan xahiş etdim ki, türkdilli xalqlar öz səslərini mənə versinlər. Onlara Rusiya prezidentinin onların dilində də danışması xoş olardı. Mən onlara tatar dilində də müraciət edəcəm”.
Jirinovski müraciəti zamanı həmçinin dövlət dili məsələsinə də toxunub. O, tatar dilində müraciətinə baxmayaraq, yerli dillərin məcburi şəkildə öyrənilməsinə izn verməyəcəyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=114621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31