Milyonlarla insan öləcək: Ekspertlər SOS siqnalı verdi – Naməlum epidemiya gəlir

12.03.2018 - 13:22

Dünyada milyonlarla insanın naməlum yeni epidemiyadan öləcəyinə dair xəbərdarlıq edilib. Cebhe.info xəbər verir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri çıxış edib.
“Science Alert “in yazdığına görə, “İks xəstəliyi” adlandıırılan infeksiyanın milyonlarla insanın həyatına son qoyulacağı gözlənilir. İndiqə qədər qeydə alınmayan infeksiya həmçinin dünyanı əhatə edən infeksiyalar siyahısına daxil edilib. Siyahıya Nigeriyada yayılan Lassa və 2014-2015-ci illərdə 11 nəfərin ölümünə səbəb olan Ebola kimi viruslar salınıb. Həmçinin mütəxəssislər Krım-Konqo, Marburq, Zika viruslarını da siyahıya daxil edib.
Milyonlarla insan üçün təhlükə mənbəyi olacaq naməlum xəstəlik də “İspanka” qripi kimi yayıla bilər. Mütəxəssislər bu hesabla narahatlıq üçün ciddi əsas görür və potensial təhlükəni aradan qaldırmaq üçün tədbirlər hazırlanmasını vacib sayır.
Qeyd edək ki, naməlum xəstəliklə bənzərliyi verilən “İspanka” qripi 1918-1919-cu illərdə qeydə alınıb. 550 milyon insan bu qripə yoluxub ki, onlardan da 100 milyona yaxını ölüb.(cebhe.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930