İstanbulda antiazərbaycan filmi qadağan edildi – VİDEO

22.03.2018 - 15:23

İstanbul qubernatoru Vasip Şahin İrandan olan erməni əsilli rejissor Anait Abadinin çəkdiyi antiazərbaycan filmi “Yeva”nın yayımlanmasını qadağan edib.

Oxu.Az türk mətubatına istinadla xəbər verir ki, film İstanbulda keçiriləcək “Filmmor” beynəlxalq kinofestivalı çərçivəsində Fransa Mədəniyyət Mərkəzində nümayiş etdirilməli idi.

Kinofestivalın nümayəndəsi Mələk Ozman jurnalsitlərə bildirib ki, film Azərbaycan Səfirliyinin diqqətini cəlb edib və kəskin qınanılıb.

Məsələ birasındadır ki, filmdə gənc erməni xanım ərinin vəfatından sonra iki uşağı ilə birlikdə gizlənmək məcburiyyətində qalır.

Sonda qadın “Arsax Respublikasında” məskunlaşmalı olur. Həmçinin filmdə Qarabağ separatçıları və tanınmamış rejimin təbliğatı aparılır.

“Əvvəlcə Azərbaycan Səfirliyi Fransa Mədəniyyət Mərkəzinə müraciət edərək filmin yayımını dayandırmağı tələb edir. Nəticədə Direktorlar Şurası filmə baxaraq qadağan ediləsi nəsə görmür”.

M.Ozman bildirib ki, bundan sonra Azərbaycan Səfirliyi Türkiyə hökumətinə müraciət etməli olub:

“Bəyan etdik ki, hər iki ölkənin həssas məqamlarını nəzərə alaraq filmi qadağan edə bilmərik. Lakin Azərbaycan tərəfi Türkiyə XİN-ə müraciət edib və nəticədə filmin yayımı qadan edildib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115926

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930