Akademik: Bəziləri Şaumyanın müdafiəsinə qalxıblar

30.03.2018 - 13:46

Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarlarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəziləri Stepan Şaumyanın müdafiəsinə qalxıblar.

Oxu.Az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən xüsusi iclasında deputat, tarixçi alim, akademik Yaqub Mahmudov bildirib.

O deyib ki, araşdırma zamanı Şaumyanın o qəbirdə olmadığı aşkarlanıb.

“Biz bunu dünyaya bildirdik. Amma təəssüf ki, bəziləri dərhal Şaumyanın müdafiəsini təşkil edərək bunu ört-basdır etmək istədilər. Bu səbəbdən həqiqəti tam olaraq bəyan edə bilmirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=116499

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31